Avropanın nə vecinəQarabağda axır qanlar.Qədim Qazax torpağındaQəsb olunub gülüstanlar.Naxçıvanın dərdləriniNaxçıvanı görən anlar.

Avropanın nə vecinə:Azərbaycan torpağındaSusmaq bilməyir tufanlar.Yurd uğrunda qurban gedirİgid murazlı cavanlar.

Avropanın nə vecinə:Bu şairlər torpağını,Aranını, yaylağınıBürüyübdür qəbristanlar.

Avropanın nə vecinə:Öldürən kim, ölən kimdir?Ağlayan kim, gülən kimdir?Biri gəlir, biri gedir,Hərə bizə bir vəd edir...Biz qalmışıq dərd içindəDərdimizi bilən kimdir?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən