Zirvəsindən bulud keçər qatarla,Sal daşlardan qartal uçar vüqarla.Yarğanlarda tala-tala çən durar,Silovlarda gün dəyməmiş təzə qar.Qayaları təkələrin, maralların yatağı,Ətəyində bağrı yarıq lalələrin ocağı.Ayağında xan Arazın dalğaları dillənər,Çaylağında məcnun söyüd, qələmələr yellənər.Torpağında əsrlərin dağ çəkdiyi şırımlar,Gah qızarar, gah qaralar, hər şırımda bir çalar.Bulud gələr, gurşad düşər, sellər, sular çağlayar,Yeddi rəngli göyqurşağı ona kəmər bağlayar.Yağış kəsər, bulud keçər,Qayalardan qartal uçar,Daşlar qopub tökülərlər gur çaya,Qaradağsa sakit-sakit durub baxar dünyaya.Nə zamandır belə durur dar ayaqda, tufanda,Duruşundan bəllidir ki, dağ dözümü var onda.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar