Gizli-gizli
Şair Səhəndə
Vüsal həsrətilə alışdım, yandımAxdı gözlərimdən sel gizli-gizli.Sən gördün, gözlərin doldu, qardaşım,Qoy əğyar görməsin, sil gizli-gizli.
Zərrəyəm, ümmandan xəbər al məni,O eldən, məkandan xəbər al məni.Səhənd, Savalandan xəbər al məni,Pünhan dərdlərimi bil gizli-gizli.
Yaşımın üstünə gəldikcə yaşlar,Düşür xatirimə dostlar, tanışlar.Yəqin ki, məni də unutmamışlarHərdən yada salır el gizli-gizli.
Sinəmin üstündə qövr edir yara,Duymamaq bir bəla, duymaq bir bəla.Mənim həsrətimi desin dostlaraÜrək gizli-gizli, dil gizli-gizli.
İnsan da düşərmiş özündən uzaq,Mən səndən uzağam, sən məndən uzaq.Günlərim keçdikcə vətəndən uzaqTaladı ömrümü il gizli-gizli.
Babamız Qorqudun çaldın sazını,Söylədin ürəkdə qalan sözünü.Dedim həmişəlik görüm üzünü,Demədim görüşə gəl gizli-gizli.
Kitabxana.az · https://kitabxana.az/works/balas-azeroglu-gizli-gizli
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hicran
Cəkər xəclət, gülüm, ol gül üzündən gül cəmənlərdə,Üzündən qeyri yad etməz gülü bülbül cəmənlərdə.
Xar oldu yürəgim hicrində, ey gül yüzlü yarXar oldu yürəgim hicrində, ey gül yüzlü yar,Yar bağrım arasın, gör kim neçə xar onda var.
GəlmədiGecə-gündüz yollarına baxaram,Hanı mənim barabarım, gəlmədi.
Qala, yar, qalaNə keçdi cəsədin çətin çəngələ,Gəl canı ataşa qala, yar, qala.