Xar oldu yürəgim hicrində, ey gül yüzlü yar
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Xar oldu yürəgim hicrində, ey gül yüzlü yar,Yar bağrım arasın, gör kim neçə xar onda var.
Varma yanımdan mənim, ey hicr-dilsuzani dust!Dustü düşmən xamusu ağlar mənimçün zar-zar.
Zar-zar ağlar çü bülbül gül yüzünçün mürği-can,Candan etmişdir məni cövr ilə dövri-ruzigar!
Ruzigarım tirədir sənsiz, əya arami-dil,Dil neçün aram tutsun həddən ötdü intizar
İntizarəm, vədeyi-vəslin yolunda hər zaman,Hər zaman divanə tək dağlara düşdüm biqərar.
Biqərar oldum saçıntək rüxlərindən ayrı mən,Mən neçün aram edim sənsiz ki, oldum dilfikar.
Məqtə — şairin təxəllüsü olan son beyt. Dilfikar oldu Xətai firqətindən ruzü şəb,Ruzü şəb vəslin xəyali canda qaldı yadigar.
Kitabxana.az · https://kitabxana.az/works/xetai-xar-oldu-yuregim-hicrinde-ey-gul-yuzlu-yar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ol pəri kim, bu cahanda hüsninin həmtası yox,Sərvi-rənanın xuraman qəddinin balası yox.
Ol pəripeykər ki, çeşmimdən nihan olmuş dururOl pəripeykər ki, çeşmimdən nihan olmuş durur,Baqi ömrüm olsun, ol cismimdə can olmuş durur.
Ol pəripeykər mənə yar olmadı, heyf oldu heyfOl pəripeykər mənə yar olmadı, heyf oldu heyf,Aldı könlümü vəfadar olmadı, heyf oldu heyf,
Ol sənəm kim gecə-gündüz can onun heyranıdırOl sənəm kim gecə-gündüz can onun heyranıdır,Əqlü fəhm ondan bərü eşq ilə sərgərdanıdır.