Ol pəripeykər ki, çeşmimdən nihan olmuş durur
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Ol pəripeykər ki, çeşmimdən nihan olmuş durur,Baqi ömrüm olsun, ol cismimdə can olmuş durur.
Ya rəb, ol gözlər nə bağın nərgizi-şəhlasıdır,Kim, qəmindən cismü canım natəvan olmuş durur.
Eylə kim, bülbül yeri gülşəndir, ey gülyüzlü yar,Könlümə kuyin məqamı gülsitan olmuş durur.
Onca çəkdim möhnəti-hicrin ğəmin, ey bivəfa,Cövri-eşqindən vücudim natəvan olmuş durur.
Məqtə — şairin təxəllüsü olan son beyt. Ta Xətai gördi ol hüsni-cəmalın, ey günəş,Gör necə aləm dilində dasitan olmuş durur.
Kitabxana.az · https://kitabxana.az/works/xetai-ol-peripeyker-ki-cesmimden-nihan-olmus-durur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
O, dağın alnındakıməkrin
AğlaramKeçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
ز نوبهار جهان زینت تمام گرفتشکوفه روی زمین را به سیم خام گرفت