Ağlaram
Keçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,Hər bir yerə getsə mənim xəyalım,Könül akar mehruxsarım ağlaram
Ol məhəbbəti bünyad eylədin,Sonra bivəfalıq icad eylədin,Aləmi şad, məni naşad eylədin,Mən gedərəm gülüzarım ağlaram
Mən valehəm sənin xətt-u xalına,Əlvanına, yaşılına, alına,Könül quşu məftun olmuş halına,Gecə gündüz, ey nigarım, ağlaram
Didarına mən müştaqəm, mən müştaq,Vaxt bivaxt çəkməkdəyəm iştiyaq,Öldürəcək Məcnunu bu firaq,Ol səbəbdən işvəkarım ağlaram
Qəmnak sevibsən dilbəri-rənanı,Adın sanın bürümüşdür ölkəni,Divanəni gözünü aç bir tanı,Məczubam mən, yox qərarım, ağlaram
Kitabxana.az · https://kitabxana.az/works/qemnak-aglaram
Başqa şairlərin şeirləri · Eşq
Ol zaman kim məst qıldı çeşmi məxmurun məni!Xaki-pakə ol dəm etdim, mən fəda canü təni.
Mənim xalqımXalqımı çox sevirəm, çox.Ona mənsub olduğum üçün yox,
VurulsunGözlərində yüz cəhənnəm odu var,Dodağında yüz cənnətin dadı var,
Gəraylı: Aşiqlik peşəsin qıldımAşiqlik peşəsin qıldım,Namusdan, ardan ayrıldım,