Gözlərində yüz cəhənnəm odu var,Dodağında yüz cənnətin dadı var,Qəmzəsində yüz cavan fəryadı var,Bu bəlanı gətirən yol yorulsun!

Bu gözəli görməyən göz kor olar,Kirpik çalar, qəlbində yüz qor olar,Yaxın gəlsəm, qoynu mənə gor olar,Ondan qaçsam ayaqlarım qırılsın.

Bu yoldan heç keçməyəydim keşkə mən,Tale, necə oldu düşdüm püşkə mən.Cavanlıqda dözməyirdim eşqə mənBu yaşında Fikrət necə vurulsun.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq