Zəhərdir papiros, zəhər.Çörəkdən qabaq səhər-səhərZəhər çəkirəm.Çəkirəm kədərdən, sevincdən,Sevilməsəm, sevilsəm.Elə ki, keyfim nə o yandır,nə bu yandır.Deyirəm: bekarçılıqdır,papirosunu yandır.Ziyandır.Çəkirəm.Deyirəm bu zəhrimardır,Yeni dürgək eşə-eşəMən, ilan kimi, dişlərimdətutmuşam zəhərimi həmişə.Keyfim istəyəndəTən ortadan üzərəm.Keyfim istəyəndə əzərəm.Yandıraram, söndürərəm.Yandırıb külə döndərərəm.

Acıdır zəhər təki,Yazığın iliyini soruram.Yanır, közərir, qaralır.Özünə külü qalır.Ağzıma bal vermiyəcəkmi?O məndən acizdir.Sevincdən ucuzdur.Ömürdən gödəkdir.Zəhərdir,Zərərdir,Gərəkdirçəkirəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri