Şəmaxi şəhri yeksər oldu viran
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Şəmaxi şəhri yeksər oldu viran,Edər hər guşədə bayquşlar əfqan.Buxurati-zəmin etdi tənəvvüc,Şikaf etdikdə yerlər tapdı nöqsan.Görən ol halı eylərdi təsəvvür,Qiyamət qopdu, dünya oldu payan.Düşüb ənvayi-məxluq iztirabə,Təmamən xəlq olub “van-nəfs”guyan.“Tərənnasə sukarən” ayəsinəNəticə oldu ol saət nümayan.Münəccim ki, sölərdi ərzi-sakin,Xilafinə yetib ol gündə bürhan.Xəyal eylərdi ol halı görən kəs-Ki, bu tariki-mərkəz oldu pərran.Təzəlzül düşdü şəhrə, uçdu evlər,Nə məscid qaldı, nə bazarü dükkan.O eyvanlar ki, baş çəkmişdi çərxə,Dağıldı, oldu torpaq ilə yeksan.O əsnadə qəribi-yüz nəfər kəs,Qalıb daş içrə, cümlə oldu bican.Dağıldı Bixudin qəsri, otaği,Yetiş fəryadinə ya Həyyü Sübhan!
Kitabxana.az · https://kitabxana.az/works/aga-haci-molla-tagizade-semaxi-sehri-yekser-oldu-viran
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Edən yar arzusunu möhnəti-əğyarə dözməzmi?Gülə aşiq olan bülbül cəfayi-xarə dözməzmi?
Kim verdi dünən bəzminizə bağdə zivərKim verdi dünən bəzminizə bağdə zivər,Hansı qədi ərər?
Zahid, bu fəna mülkdə dövran sənin olsunZahid, bu fəna mülkdə dövran sənin olsun!Verdim sənə yeksər.
Ey dil, həzar şükr, xəbər gəldi yardənEy dil, həzar şükr, xəbər gəldi yardən,Şükr et, qutardın axırı bu intizardən.
Başqa şairlərin şeirləri
Ey nəşi qalan yerdə, keçən başı cidayə,Dur rəhm elə bu əlsiz-əyaqsız üsərayə.
ƏsliRast gəldik şükr gördüm cəmalın,Məhşərə qaldı divanım Əsli
Ay eylər of-ofBağban bar bəsləyib bara yetəndə,Dərəndə meyvəsin eyləməzmi isss...
Hər nə kim almaq dilersən, al ilə gəl məndən alHər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.