Zahid, bu fəna mülkdə dövran sənin olsun
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Zahid, bu fəna mülkdə dövran sənin olsun!
Verdim sənə yeksər.
Zöhdü vərəü taətü iman sənin olsun,
Məcmu sərasər.
Duzəx mənə şayəstədi, niran mənə layiq,
Mən yanmağa şayiq.
Sən cənnətə get, huriyü qılman sənin olsun,
Qalsın sənə kövsər.
Firdovsi-bərin qəsrü təla, çeşmeyi-təsnim
Olsun sənə təslim.
Çəkdim əlimi, lölövü mərcan sənin olsun,
Sən olma mükəddər.
Səd şükr ki, mən natiqi-Quranə yetişdim,
İmanə yetişdim.
Get, get kütübü məshəfü Quran sənin olsun,
Daim oxu əzbər!
Əlminnətülilləh ki, könül yetdi muradə,
Qalmışdı aradə.
Sən get, dolan avarə, biyaban sənin olsun,
Bihadiyü rəhbər.
Bixud ki, məlamətlərə şəhr içrə boyandı,
Yatmışdı oyandı.
Get, dəhrdə, zahid, sərü saman sənin olsun,
Əl çək dəxi, kafər!
Kitabxana.az · https://kitabxana.az/works/aga-haci-molla-tagizade-zahid-bu-fena-mulkde-dovran-senin-olsun
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Kim verdi dünən bəzminizə bağdə zivər,Hansı qədi ərər?
Ey dil, həzar şükr, xəbər gəldi yardənEy dil, həzar şükr, xəbər gəldi yardən,Şükr et, qutardın axırı bu intizardən.
Ey dil, barı meyxanə sarı bir güzər eyləEy dil, barı meyxanə sarı bir güzər eyləGör məstlərin haləti-vəcdin, nəzər eylə.
Ey qoyan könlümə qan, oldumu hüsnün faniEy qoyan könlümə qan, oldumu hüsnün fani,Tapdımı xarü xəsi-xüşk o tər bostani?
Başqa şairlərin şeirləri
Ey canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,
Mürəbbə: Nə fəğan eylərsən, ey dəli könülNə fəğan eylərsən, ey dəli könül,Dünya xublarının yoxdu vəfası.
DeyirKim gələrsə bu cahana lütfi-yəzdanam deyir,Pəhləvanam yer yüzündə əhli-colanam deyir
Yarsız qaldım yenə, biyarlıq müşküldürürYarsız qaldım yenə, biyarlıq müşküldürür,Biənisü munisü ğəmxarlıq müşküldürür.