Ey dil, barı meyxanə sarı bir güzər eylə
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Ey dil, barı meyxanə sarı bir güzər eyləGör məstlərin haləti-vəcdin, nəzər eylə.
Gər istəyəsən dəhrdə sahibnəzər olmaq,Xaki-dəri-meyxanəni, gəl külbəsər eylə.
Bir gül məni cövr ilə şəhid eylədi axir,Bülbüllərə, ey badi-səba, get xəbər eylə.
Yan atəşi-hicranə, könül, çək bu bəlanı,Bu eşqdən axir demədimmi həzər eylə?
Təsir eləməz ol büti-səngindilə naləm,Ey ahi-səhər, gəl, barı sən bir əsər eylə.
Ahım küləyi yıxmadi bünyadını hicrin,Ey seyli-sirişkim, sən özün bir hünər eylə.
Məqtə — şairin təxəllüsü olan son beyt. Çıxmaz başa, yüz şərh edəsən zülfi-hədisin,Bixud, bu uzun qissəni, gəl, müxtəsər eylə.
Kitabxana.az · https://kitabxana.az/works/aga-haci-molla-tagizade-ey-dil-bari-meyxane-sari-bir-guzer-eyle
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey dil, həzar şükr, xəbər gəldi yardən,Şükr et, qutardın axırı bu intizardən.
Ey qoyan könlümə qan, oldumu hüsnün faniEy qoyan könlümə qan, oldumu hüsnün fani,Tapdımı xarü xəsi-xüşk o tər bostani?
Cövr ilə tökdü qanımı, fəryad, gözlərinCövr ilə tökdü qanımı, fəryad, gözlərin,Öldürdü aqibət məni cəllad gözlərin.
Çəkmə, ey dust, məni məscidi-viranə sarıÇəkmə, ey dust, məni məscidi-viranə san,Genə çəksən də məni, çək barı meyxanə sarı,