Yoxdur
Ey canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,Gecə gündüz həsrətini çəkməkdənÜzülübdür daxi məndə can yoxdur
Səg rəqibin bir daş düşsün başına,Qoymaz ki yar ilən olum aşına,Haqdı yanan çoxdu eşq atəşinə,Mənim tək od tutub alışan yoxdur
Ey qaşları hilal, yanaqları gül,Zülfləri reyhan, xalları fülfül,Ey aşiq öldürən bi-rəhm bi-dil,Sənin tək aləmdə ev yıxan yoxdur
Səni sevənlər olubdur həmişə dilşad,Nəsldə Adəmsən, hüsndə pərizad,Qamətin ər'ərdir, qolların şimşad,Bu şan və şövkətdə heç insan yoxdur
Düşkün halın sitəmkarə demək,Yalvarıb vara-vara demək,Bu Həsənin ərzin yarə demək,Məgər bu arada müsəlman yoxdur
Kitabxana.az · https://kitabxana.az/works/hesen-el-sairi-yoxdur
Başqa şairlərin şeirləri · Eşq
Çəməndə naləni ögrəndi mürğani-çəmən məndən,Qəmalud olmağı kəsb etdi bərgi-yasəmən məndən.
Bilməm kimə?Çocuqluğumda eşitmişdim eşqin atəşi var,Diyordular ki, o hər hanki qəlbə düşsə yaqar.
TəcnisMüshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,
Yarın ətəkləriDüşüncəli könlüm, yatmaz, dinlərdi,Gecələrin dərinləşən səslərin...