Müshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,Xızrə tabe olur, mövt olmaz baqi,Ləbin cür'əsindən ayə, mən dilbər

Şükr haqqa bir pay aldım ağamdan,Həqiqətdən, mə'rifətdən ağamdan,Ah mehnət hicranilə ağamdan,Qurtulmasın kürim ayə, mən dilbər

Nə yaraşmış yaşıl üstən buxarə,Gül sevdiyim, mülk vermə buxarə,Xalın salmış yağma Bəlxə Buxarə,Əmrikə hazırdır ayə, mən dilbər

Açılıbdır fəsli-bahar alalə,Bir canım var dost yolunda alalə,İncüdişin bərabərdir alalə,Qaşların oxşatdım ayə, mən dilbər

Hamidi dir dost küyündə dəmadəm,Axar çeşm yaşı yüzdən dəmadəm,Gecə gündüz sızıldaram dəmadəm,Sübhdən eylərəm ayə, mən dilbər

Təsadüfi şeir

Başqa şairlərin şeirləri · Eşq