İstəyüp dərdinə eşqin bulmazam andan dəva
İstəyüp dərdinə eşqin bulmazam andan dəva,Nə qədərdür yaşuma çün bilməzəm andan qəza.
Bir nəfəsdə yüz bəlasin çəkmədin eşqin nedim?Çün usanmaz könlüm andən çəkübən yüz bin bəla.
Gün kimi yüzüm sürübən hər qapudan istərəm,Sevdügimin izi-tozun gözimə kəhli-cila.
Alalı könlümi verməz bir pəripeykər nedim?Çün könül nedə, dilər kim canımı daxı ala.
Nasehim tərki-həva deyübəni ögüb verər,Bilməzəm tərkündən alun nədür anunçun həva.
Girəli medani-eşqə başumu top etmişəm,Kim çalub çövkan dilər ardına düşüp qova.
Rövşəni pərvərdəsidir Gülşəni anun içün,Gün kimi rövşən görünür aləmə andan ziya.
Kitabxana.az · https://kitabxana.az/works/seyx-ibrahim-gulseni-isteyup-derdine-esqin-bulmazam-andan-deva
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bəni hər dəmdə nedim öldürür eşq,Qara yerə dirilmə girdürür eşq.
Eşqə könül verməyən cananı qıymaz banaEşqə könül verməyən cananı qıymaz bana,Bəlləgini tərk edüp, qal ilə gəlməz bana.
Əcəb yüzin görən necə qılar tabƏcəb yüzin görən necə qılar tab,Çu andan bibədəl olur şeyxlə şab.
Gedər derlər, gedər derlərBənim könlüm alan dilbər,Gedər derlər, gedər derlər.
Başqa şairlərin şeirləri · Eşq
Düz dağlar, əyri dağlar,Düzəlməz əyri dağlar,
Yoxdur aləmdə o şuxi-məhi-tabanə əvəzYoxdur aləmdə o şuxi-məhi-tabanə əvəz,Səri-kuyidir onun rovzeyi-rizvana əvəz.
Əhli-eşqin, zahida, cismindəki can özgədirƏhli-eşqin, zahida, cismindəki can özgədir,Aləmi-mənadə, bil, can özgə, canan özgədir.
Çığalı müxəmməsDilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,