Əhli-eşqin, zahida, cismindəki can özgədir
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Əhli-eşqin, zahida, cismindəki can özgədir,Aləmi-mənadə, bil, can özgə, canan özgədir.
Aşiqin hərçənd xoşdur yarı olmaq bəzmdə,Lakin, ey şeyda könül, yari-zəbandan özgədir.
Küfrü iymanı nə bilsin zülfüvə bənd olmayan,Mülki-iyman özgədir, bu kafəristan özgədir.
Ey ləbi-dildardən qafil olan Xızri-fəqir,Ləli-dildar özgədir, ol abi-heyvan özgədir.
Ey könül köhli-Sifahan sanma xaki-payını,Tutiya bir özgə şey, köhli-Sifahan özgədir.
Ney-şəkərdən, hind ara, tuti tapar zövqü səfa,Bilməyir ləli-ləbində şəkkəristan özgədir.
Məqtə — şairin təxəllüsü olan son beyt. Seyyida, xubani-Xülləxdən nədir övsaflər,Mülki-Xülləx özgə, xaki-paki-Şirvan özgədir.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-ehli-esqin-zahida-cismindeki-can-ozgedir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir zaman Kufədən şəhi-dövranŞamə bir qasid eyləmişdi rəvan.
Əlinin Ömər və Əbubəkrlə zarafatıBir gün atlandı Heydərü Səfdər,Sağda Siddiq, sol yanında Ömər.
Şahın mülazimi ilə zarafatıQıldı bir padşah əzmi-şikar,İsti oldu o gün həva büsyar.
Oğluma nəsihət (Ey oğul, şahə eyləmə cürət)Ey oğul, şahə eyləmə cürət,Şah təbinə özgədir halət.
Başqa şairlərin şeirləri · Eşq
Və nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
MüştaqəmEy yar vəfadarım,Didarına müştaqəm,
Xana müraciətMəni yardan ayırdılar,Sənə olsun xəbər, xanım
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.