Qıldı bir padşah əzmi-şikar,İsti oldu o gün həva büsyar.Cübbəsin padşahü şəhzadəVerdilər çakərə o səhradə.Duşinə almış idi onlari,Olmuş idi onun giran bari.Şah ona söylədi zərafətlə,Türfə eyham ilə, işarətlə,Dedi şəh, eyləyib ona xəndə:Vardu bir eşşəyin yükü səndə.O mülazim qəribə zirək idi,Xeyli hazırcavabü təlxək idi.Dedi: – Şaha, tüküm nə xər tüküdür,Yüküm eşşəklə bir qoduq yüküdür.Oldu xəndan şahi-aləmiyan,Etdi ol xoşzəbanə çox ehsan.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mədhiyyə