Yalançı peyğəmbər
Bir şəxs mədyun olub xəbti-dimağ eləmişdi. Buna görə peyğəm-bərlik iddəası elədi. Onu padşah ehzar edib ki, belə məsmu oldu ki,həqq-təala sənə nübüvvət əta qılıbdır.Dedi: – Bəli.Padşah dedi ki, peyğəmbərlər qeybdən xəbər verirlərdi, sən necəsən?Dedi ki, mən də qeybdən xəbər bilirəm.Padşah dedi ki, de görüm, bu halda mənim qəlbimdən nə xütur eləyir?Dedi ki, ey padşah, bu halda sən fikr edirsən ki, guya mən yalançıpeyğəmbərəm. Səhvinə istiğfar elə.Padşah xəndan oldu və onun təqsirindən keçib, ənam və xələt verdi.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-yalanci-peygember
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dusti-girami, sənə olsun səlam!Sənsiz olub eyş bizimçim həram.
Bir nəfər dostaƏla, ey sərvəri-niku-xəsail-Ki, səndəndir fəxarət ruzigarə.
Cahil ata ilə alim oğul hekayəsiBir təvangər əvami-dəryadilGöndərir oğlun elm edə hasil.
Çobanın hekayəsiYay günü şəhrə gəldi bir çoban,Dəyənək əldə, seyr edib hər yan.