Cahil ata ilə alim oğul hekayəsi
Bir təvangər əvami-dəryadilGöndərir oğlun elm edə hasil.Hər il irsal edir məsarifini,Ta ki kəsb eyləsin məarifini.On beş il İsfəhanda ol huşyarEyləyib kəsbi-elm leylü nəhar,Yetirir cümlə elmi itmamə,Fəzli məşhur olur çü Əllamə.Hikmətin əvvəlinci Loğmani,Xassə hikmətdə yox ona sani.Ta ki eylər müraciət vətənə,Bülbülasa gəlir kühən çəmənə.Bir gün ondan edər atası sual –Key gözüm nuru, ey həmidəxisal,Neçə illərdü çəkmişəm zəhmət,Qalmışam gül cəmalüvə həsrət,Sənə göndərmişəm hər il çox pul,Oğul, az qalmışam olam yoxsul,De görüm, mətləbə olaq vasil,Hansı bir elmi etmisən hasil?Dedi: – Ey baisi-həyatım ata,Ey rizası olan nicatım ata.Sən özün bir əvami-ümmisən,Bu sualındı qeyri-müstəhsən.Mən nə dilcən sənə bəyan eləyim,Mən neçə elmimi əyan eləyim?Dedi: – Filcümlə qıl bəyani-ülum,Ta görüm səndə vardı bir məlum?Dedi: – Heyət mən etmişəm hasil,Sənə bundan nə şey olur vasil?Dedi: – Heyət demək nədir yəni,De görüm heyətə nədir məni?Dedi: – Heyət edər bəyani-nücum,Sənə filcümlə eylərəm məlum.Çün olur Şəms daxili-Sərətan,Olur aləmdə fəsli-tabistan.Cədyə daxil olanda mehri-münirZəmhərir aləmə edər təsir.Bu səyaqı əlində tut bürhan,Bilüsən yay haçanı, qış nə zaman.Dedi: – Ey bikəmal, on beş ilGedibən etmisən bunu hasil?Heyf o zəhmət, mənim o sərmayəm,Sən bilən elmi həm bilir...Sallanır yayda, annaram yaydır,Yığışır qışda, zehli bir yaydır.Şərmnak oldu alimi-dana,O sifət elmdən budur məna.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-cahil-ata-ile-alim-ogul-hekayesi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hikmət və nəsihət
Bəh, bəh bu dilbərin nə əcəb xoş məqalı var!Gülgün cəmalı üzrə gözəl xəttü-xalı var!
بر دیر مغان گذر نداریاز مستی ما خبر نداری
DüşsünMüxənnətə can deyəninDili düşsün, dili düşsün.
VermədimXoş bəyanlıq virdim oldu, böhtana yol vermədim,Şirin süxən əndəlibəm, hədyana yol vermədim,