Bir qulami-əcəmlə bir soltanGəştiyə oldular süvar haman.Görməmişdi qulam dəryanı,Titrədi, etdi ahü əfğanı.Nə qədər verdilər ona təskin,Olmadı çarə, etdi ahü ənin.Oldu soltanın işrəti dərhəm,Xatiri-padşahə yetdi ələm.Var idi kəşti içrə türfə həkim,Dedi: – Ey sərvəri-fələk təzim,Verəsən izn, ey sitarə-cüyuş,Edərəm bu qulamı mən xamuş.Dedi soltan ki, eyni-minnətdir,Qayəti-lütfdür, kəramətdir.Bəs buyurdu həkimi-pürmayəAtdılar ol qulamı dəryayə.Bir neçə qutə vurdu sudə qulam,Gəldi kəşti tərəf o siməndam.Tutdu sükkani-kəştini möhkəm,Ta çıxıb kəşti üzrə qoydu qədəm.Tapdı aram ol mələkmənzər,Gördü ol padşahi-gərdunfərDedi kim, ey güzini-əhli-ədəb,Bunun aramına nə oldu səbəb?Dedi: – Bu görməmişdi dəryanı,Eyləyirdi bu ahü əfğanı.Elə kim, gördü qərq möhnətini,Gəştinin indi bildi qiymətini.Afiyət qədrini bilir o cavan,Kim, ola bir bəladə əşkfəşan.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri