Maarifçilik dövrü
Ey düzlüyü sevən, eşqi gəl eyləmə məzəmmət,Zahidlikdə mən görmürəm nicat,üçün əlamət.
Bəyani-halBadisəba, qurban olum, aç qapımı əsərək,Mənə səndən başqa yoxdur bu dünyada bir kömək.
Məqsədin kəşfiDostlar, mənim əhvalımdan siz olunuz baxəbər,Gorun mənim şadlığımdan qalmışdırmı bir əsər?
Fikrin izahıOmur kecdi boş-boşuna, etdik daim ahu-vah,Kecdi xoşluq zamanları, catdı bəla gunu, ah!
Nəfsin qorunmasıQudsi meydən qudsi nəşə istəmişdir hər zaman,Hər kəs olar məclislərdə bu nəşəylə kamiran.
Mətləbin tədriclə açılmasıCox zamandı urəyimdə dolanırdı bu sual,Gorəsən ki, icən zaman necə dəyişir əhval?
Əsl məqsədin bəyanıEy konul, sən ibrət gotur oz başına gələndən,Başqası da ibrət alsın bu yol ilə qoy səndən.
Can yaxan eşqin işığından bir şüaSalam, sizə ey sevdanı bilən əhli-mərifət,Səlamətlik guşəsinə cəksin sizi məhəbbət.
Düzlər məsləkini izləyənlər dastanının davamıBu aşiqlik, bu məşuqluq əvvəlinci mənzildir,Eşq əhlinin kami-dili bu mənzildən hasildir.
Muştuluq xəbəriBu rəmz ilə xitab etdi Xəlilullah insana,Ona şahid ayla, gunəş, odur allah insana.
Eşqdə təmizlik haqqındaMəhəbbətdə sanma kufrə, nə də dinə uyan var,Rindlik, məstlik olan yerdə ayinlərə kim uyar?
Məhəbbət və vəfa şərtlərinin şərhiEy muxatəb, eşqə meyl et, dərdlərinə ver dərman,Allah eşqin bəlasilə edir bizi imtəhan.
Məslək yolçularına şadlıq xəbəriSakit durma, ey sərgəştə konul işə başla sən,Dunya və din matəmini saxla belə vaxt ikən.
Alçaq nəfsdən şikayətAlcaq nəfsin dad əlindən verir mənə min əzab,Odur verən urəyimə sonsuz kədər iztirab.
Fikri sübutBir motəbər kitabda mən gordum belə bir xəbərİt ayağı dəyən yerə qədəm basmaz mələklər.
Şikayətin sonuZalım kəfsin min başı var, min rəngi var dunyada,Hər an başqa cilvə ilə uz gostərir bir əda.
Vəziri məhv etmək üçün fitnəkarların tədbiriBir gun bədxah, paxıl, nacins və hiyləgər adamlar,Vəziri məhv etmək ucun birləşərək nə ki var,
Vəzirin tədbir ilə təhlükədən xilas olmasıVəzir evə donən kimi, bir guşədə tək qaldı,Bu bəladan cıxış yolu axtarıb fikrə daldı.
Vəzirin geri qayıdıb pis fikirli düşmənləri cəzasına çatdırmasıVəzir gordu olkə daha gunbəgun gedir əldən,Səltənətin bunovrəsi sarsılır hey təməldən.
Yolu azmaqOz arzuna catmaq ucun etsən kimə sən nifrət,Bəslayirsən urəyində ona min cur ədavət.
Hekayəti Molla İbrahim-Xəlil KimyagərthumbnailTəmsili-qisseyi-vaqiə ki keyfiyyəti dörd məclisdə bəyan olub itmamə yetir
Əvvəlinci məclisƏVVƏLİNCİ MƏCLİSƏvvəlinci məclis Nuxu şəhərində Hacı Kərim zərgərin evində vaqe olur min iki yüz qırx səkkizinci1 ildə, baharın orta ayında. Hacı Kərim zərgər, xaçmazlı Şeyx Salahı Nuxuya varid olduğu səbəbindən öz evinə dəvət edibdir: aşnaları Ağa Zaman həkim və Molla Salmanı və Məşədi Cabbar taciri və Səfər bəy mülkədarı və həm Şeyx Salah xaçmazlını. Amma Hacı Nuru şair ittifaqən çağrılmamış gəlibdir. Tamam əhli-məclis öz adəti libaslarında əyləşiblər. Şeyx Salahdan başqa ki, müəmməmdir, əlində uzun təsbeh çevirir. Ev sahibi Hacı Kərim zərgər əhli-məclisə mütəvəcceh olub mətləb başlayır.
İkinci məclisİKİNCİ MƏCLİSİkinci məclis Xaçmaz dağında vaqe olur. Dağın damənəsində bir müsəttəh və müəttər və rəngarəng gül, giyah ilə müzəyyən çəməndə iki çadır qurulubdur. Əlli qədəm bir-birindən aralı çadırların aşağı tərəfindən ağacdan bir çardaq tikilib, içində böyük misgər kürəsi və bu kürəyə münasib bir körük nəsb olub. Kürənin çevrəsində ambar ilə əzilmiş mis parçaları tökülüb suya, tezliklə ərinib gümüş olasıdır. Çadırın birisinin yavığında genə ağacdan bir balaca çardaq qurulubdur. Çəmənin üst tərəfi getdikcə uca, qarlı dağlara müttəsil olur və qabağında bir dərə var, içindən bir balaca çay axır. Dərənin hər iki tərəfində bitmiş yüz illik palıd və fısdıq ağaclarının budaqları ahəstə əsən nəsimdən hərəkətdədir. Ənva və əqsam quşlar ağacların bir budağından o biri budağına qalxıb, qonub mövzun nəğəmat ilə dərəyə qülqülə salırlar. Çəmənin müqabilində bir bulaq suyu qayadan ahəstə və həzin səs ilə axıb dərəyə tökülür və axdıqca qətəratı ətrafa səpələnir. Çəmənin gündoğan tərəfi göz işləməyən səhradır. Dərəyə getdikcə çadırların birisində sakindir Molla İbrahimxəlil kimyagər, birisində Molla Həmid, onun şagirdi. Balaca çardaqda olur dərviş Abbas, onun xidmətkarı öz alət və əsbabi ilə. Sübhdən iki saat keçmişdi, günün şüası dərədən tədriclə mütəsaid olan dumanın üstündə bərq vururdu. Bu halda Molla İbrahimxəlil kimyagər öz çadırından çıxıb şagirdi Molla Həmidin çadırı tərəfinə üz qoyub Molla Həmidi çağırır. Molla Həmid çadırdan çıxıb qabağına gəlir, ədəbli durur. Molla İbrahimxəlil başlayır ona deməyə.
Üçüncü məclisÜÇÜNCÜ MƏCLİSÜçüncü məclis genə haman yerdə Molla İbrahimxəlilin çadırında vaqe olur. Molla
Teqlər açar sözlərə görə avtomatik verilib və redaktorlar tərəfindən dəqiqləşdirilir.