Məndən yüz döndərən zalım bivəfa,Səni görüm bir azara gələsən,Ləğv elədin məndən əhdü iqrarı,İki başlı Zülfüqara gələsən

Bir dərdə düşəsən, tapılmıya dərman,Yanına gəlməyə kafir, müsəlman,Məcnun kibi olasan düzlərdə giryan,Mənsur kimi çəkilib dara gələsən

Divanə Müşküli eşq odına yaxan,Cünunluq zəncirin boynuna taxan,Al-yaşıl geyinib qarşıma çıxan,Qiyamətə üzü qara gələsən

Təsadüfi şeir

Başqa şairlərin şeirləri · Eşq