İranlılar
Şurə gəlib şad olun, iranlılar!Qüssədən azad olun, iranlılar!
Aləmə təsir elədi ahınız,Doğdu yenə behcət ilə mahınız!Yadə salır sizləri öz şahınız:Günbəgün abad olun, iranlılar!Qüssədən azad olun, iranlılar!
Yar olacaq sayeyi-sultan sizə,Eyliyəcək lütfı-fıravan sizə,Çün gələcək Məmdəli mehman sizə,İndidən irşad olun iranlılar!Qüssədən azad olun, iranlılar!
Dərdü qəmu qüssəni bir yan atın!İstəyəcək məqsədə yeksər çatın!İndi dəxi həşrə qədər bərk yatın.Xab görüb şad olun, iranlılar!Qüssədən azad olun, iranlılar!
Kitabxana.az · https://kitabxana.az/works/bayrameli-abbaszade-iranlilar
Başqa şairlərin şeirləri
Mənimlə həmdəm bu gün bu gecə,Bir bülbülüm vardır, səndə varmı?
Sevgilimin əlləriHanı on altı yaşlısevgilimin əlləri.
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səniQış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.
MəsləhətMəşədi Sijimquluya cavab**Sijimqulu, eyləmisən məsləhət,