Yuxuda gördü şahi-Səncani –Ki, tökülmüş təmam dəndani.Bir müəbbirdən etdi ani sual,Dedi: – Ey padşahi-ərşcəlal,Bil ki, dəndandır sənə övlad,Böylə yazmış kitabdə ustad:Öləcəkdir sənin çox övladın.Çıxacaq ərşə ahü fəryadın.Dedi şəh: – Böylədir, deyil böhtan,Qətlinə eylədi onun fərman.Tünd olub padşahi-danişvər,İstədi bir müəbbiri-digər.Bu müəbbirdən etdi hali sual,Dedi: – Ey padşahi-nikufal,Gördüyün xab üçün budur təbir,Həq sənə lütf edibdi ömri-təvil.Çün bu rəmzi eşitdi şahi-cavan,Verdi bu şəxsə xələti-əlvan.Dedilər: – Ey şəhi-zəminü zəmən,Sadir oldu əcibə iş səndən.Hər müəbbir ki, halı etdi bəyan,Söylədin böylədir, deyil böhtan.Birini qanə eylədin qəltan,Birinə xələt eylədin ehsan.Dedi: – Ari, o iki mərdi-dilirYuxumu yaxşı etdilər təbir.Leyk əvvəlki şəxs idi nadan,Sözü bipərdə qıldı şərhü bəyan.Necə əvvəlki eylədi təbir,Sonrakı eylə qıldı həm təqrir.Sözü lazımdı şəxs eylə desin –Ki, təbiət o sözdən inciməsin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri