Tədbirin gözəlliyi
Əmr etdi nədimə sultan bir səhər,Ki, hazır eyləsin qalın bir dəftər,Ölkədə nə qədər dəli-axmaq var,Yazsın adlarını aydın, aşikar.Dəftər hazırlanıb verildi sabah,Lap başda görüncə öz adını şah.Dedi: «Ey yaramaz, ey hərzə insan,Nə üçün adımı bura yazmısan?»Dedi: «Bir şəxsə ki, mal-dövlət verdin,Uzaq bir ölkəyə onu göndərdin.Vətənsiz bir quldur o adam ancaq,Söz yoxdur, o bir də qayıtmayacaq.İndi o azaddır əlində dövlət,Kef çəkib yaşayır şad-xürrəm, rahət».Şah dedi: «Qayıdıb gəlsə o zaman,Yəqin ki, onda sən axmaq olarsan».Söylədi: «Eybi yox gələrsə həmən,Bir ad da yazaram bu dəftərə mən».Ey Qüdsi, ibrətlə bax bu gedişə,Ağılla şüru et sən də hər işə.Əqlə istinadın mənası çoxdur,Bəxt üz döndərsə də zərəri yoxdur.Nakam yaşasa da şüurlu insan,Yaxşıdır xoşbəxt bir nadan olmaqdan.
Kitabxana.az · https://kitabxana.az/works/bakixanov-tedbirin-gozelliyi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Pisləyirsən gözəli sən necə hər an, ey şeyx?Bu necə əql, nə insaf, nə iman, ey şeyx?
Saqi, yuyub apar yuxunu didədən bir anSaqi, yuyub apar yuxunu didədən bir an,Gün tək şərabə cilvə verib parlat hər zaman,
Sən orda səfa eylə dilculər arasındaSən orda səfa eylə dilculər arasında,Mən qalmışam avarə gürculər arasında.
Səhər ki, badədən aldı üzün bu rəngilə tabSəhər ki, badədən aldı üzün bu rəngilə tab,Şəfəq utandı, günəş ruyi üstə çəkdi niqab,
Başqa şairlərin şeirləri · Mədhiyyə
Səcdeyi-həqq oldu çün zümreyi-insanə fərz,Səcdeyi insan olub cümleyi-imkanə fərz.
جانا چه شود گر تو درِ مِهر گشاییوز در به در آیی و چو جانم به بر آیی
İstəməzSevdiyim ləblərin sərməsti olanYəqin bil saqidən şərab istəməz
GəlmədiEy ağalar, könlümü çapdı əlmlər,Sultanım, sərdarım, ağam gəlmədi.