Ey ağalar, könlümü çapdı əlmlər,Sultanım, sərdarım, ağam gəlmədi.Dərdü ğəm tapdağı olmuşam həmin,Göz qaldı yollarda sonam gəlmədi.

Kəlbeyi-hicranda qalmışam həzin,O şahbazımın çəkrəm ğəmin,Bu dərd ilən ölməyim olubdur yəqin,Üstümə gözləri alam gəlmədi.

Həmişə ah-u dərddir mənim əzbərim,Bilürmi halımı şah-u sərvərim,Yazıq halına biçarə (Kərim),Can çıxınca dedik: balam gəlmədi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mədhiyyə