Ey mənim ilən həmdəm olan bivəfa,Dərd əlindən ah-ü zarım var mənəm.Təbibim sən eyləməzsən dəvasın,Nə sağalmaz yaralarım var mənəm.

Əfğanımdan həzər elə, vəhm elə,Belə olmaz aşinalıq, rəhm elə,Siyah zülfün həsrətindən fəhm elə,Qara günlü ruzigarım var mənəm.

(Kərim)əm hüsnünə olmuşam mayıl,Qəm tutsağı gərdənimdə səlasil,Başımızda bu sevdadan nə hasil,Biyhudə biyhudə yarım var mənəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq