Könül, səbr ilə etmə əl-aman,Səni bir gün o dildara yetirərəm.Ağlayıb növhə etmə şivəni,Şahqubad o sərdara yetirərəm.

Bilirəm ğəribin aldı qərarın,Çəkəcəksən hələ dərdini yarın,Kəsilib səbri bülbül zarın,Fəsli-bahar o gülzarə yetirərəm.

(Kərim) halım xeyli pərişan,Əridi cismimi atəşi-hicran,Hansı dünyada yoxdu bir insan,Diyə kim səni yarə yetirərəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq