Mənim divanəvəş könlüm,Bir zülfi-piçü tab istər.Öz əlilə aça hər şəb,Ay üzündən niqab istər.

Səfhəsi abü tabından,Ayəyi-xətt hesabından,Məshəfi-hüsnü babından,Hər sənəm bir kitab istər.

Hər gündə göydən Məsiha,Gəlir dərgahına imda,Möcüzi-ləbindən guya,Sual eylər, cavab istər.

Könüllər hayü huyundan,Dil üzməm tari-muyundan,Hər səhər mahi-ruyindan,Pərtövin afitab istər.

Aşiqi məstdir gözündən,Xəbəri yox öz-özündən,Baxdıqca doymaz üzündən,Zülfüni bihesab istər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq