Məndən özgə gözəl yarımQədr-izzət bilən olmazMənim tək eşq rahındaYaslanıb qalan olmaz

Eşqində düşmüşəm dərdəRəhmin yox bu ruxi-zərdəDərdlilərə sizin yerdəMəgər dərman edən olmaz

Cəbinin dir fələk mahıQaşın aşiq qibləgahıAğlaram hər səhər gahıGözüm yaşın silən olmaz

Alır əqlimi çeşmi-mastınÖldürməkdir məni qəsdinMəhəbbət ayağın kəsdinDaxi səndən gələn olmaz

Əzəldən içmişəm badəKönül vermə bu gün yadəVəsfi kimi bu dünyadaArsız-arsız gülən olmaz

Təsadüfi şeir

Başqa şairlərin şeirləri · Eşq