Mən bilirdim qorxuludur böyük eşq…
Çoxdan idi gözləyirdim bu günü,Mən bilirdim bunu belə olacaq…Bu sahilsiz məhəbbətin, sevginin,Bilirdim ki, sonu belə olacaq…
Mən bilirdim qorxuludur böyük eşq,Bunu sənə dönə-dönə demişdim…O tərsinə dönə bilər tez, ya gec,Dönə bilər bəzən kinə demişdim…
Çoxdur onun tərəddüdü, gümanı,Qısqanclıqdır bərabəri, ekizi…Bəzən olur qara rəngə boyanır,Tutulanda qəzəbindən gün özü…
Mən görmüşdüm, mən bilirdim, bilirdim,Bədbəxt olur insan qəlbə sevəndə…Sən bu acı həqiqətə gülürdün,Mənmi düzəm, sənmi düzsən de, indi…
Göstər mənə sevib xoşbəxt olanı,Sevib bədbəxt olanlarsa nə qədər…Çox Məcnunlar oldu eşqin qurbanı,Külə döndü gör nə qədər Leylilər…
Məhəbbətin bir sifəti inamdır,O birisi həsrət, əzab, dərd, kədər…
Bir gün oldu azıb qaldıq dumanda,Nagah kəsdi yolumuzu şübhələr…
Olduq dedi-qoduların gülüncü,Aramıza girdi iblis ayrılıq…Məhəbbətin kin ovxarlı qılıncı,Bir də gördük öz qanından sıyrılıb…
Bir də gördük uçurumdur irəli,Ümid, inam gördük bizdən əl üzüb…Heç nə görmür məhəbbətin gözləri,Görünəndə yaman üzü, sərt üzü…
Çoxdan idi gözləyirdim bu günü,Mən bilirdim bunu belə olacaq…Bu sahilsiz məhəbbətin, sevgininBilirdim ki, sonu belə olacaq…
1994.
Kitabxana.az · https://kitabxana.az/works/cabir-novruz-men-bilirdim-qorxuludur-boyuk-esq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Deyirlər sevginin öz dövrü, yaşı var,Peşiman oluram baxanda güzgüyə...
Səni unutmaqdan ötrü…Ən dözülməz ağrılara, əzablara tab edirəm,Şeytandan ümid umuram, iblisə xitab edirəm,
Uğur olsun, gülə-gülə…Ey istəyim, ey ürəyim, məhəbbətim,Heyf sənə, heyf sənə, heyf sənə…
Təki səsin gəlsinSəsin gəlməyəndə qəm dəryasıyam,İnsan olmağıma şübhə edirəm.
Başqa şairlərin şeirləri · Eşq
Aşiq olub gəzən diyarbadiyar,Məddəsiz, mənasız söz olarmı, gör?
Geri durŞairəm, şüarayam,Bir lamü-ləngəm, geri dur!
Bizdə də var, sizdə də varBir qaç ərbabi-həya sizdə də var, bizdə de var.Hədəfi-tiri-qəza sizdə də var, bizdə də var.
Çığalı müxəmməsDilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,