Nələr gəldi keçdi fani dünyadan,Dolanan gərdişi-gəcmədara bax.Yazılıbdı fərman qalu bəladan,Qurulan nizami-kirdigara bax.

Kimi səyyad, kimi dərviş, kimi xan,Kimi qəvvas, kimi səyyah-gəştiban.Kimi alim, kimi həkim xoşzəban,Kimi cəllad olub, zülümkara bax.

Kimi varlı, kimi varsız dolanır,Kimi aşiq, eşq oduna qalanır,Kimi məlul, qəm bəhrində bulanır,Bir-biriynən olan xub rəftara bax.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq