Bir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.Xəşmə gəlib qəmzələri coşubdur,Qəsd edibdir bizi qırmağa qızlar.

Ət basıban baldırları bitişib,Vaxtı keçib bir-birindən ötüşüb,Qoynunuzda şamamalar yetişib,Dönübdür ləbiniz xurmaya qızlar.

Al geyinib zər-zivər taxarlar,Könlümüzü bərbad edib yıxarlar,Cilvələnib hər səhərdən çıxarlar,Düşərlər zülflərin burmaya qızlar.

Eşqi olan çoxda bilməz arını,Tər görmüşəm ağ döşünün qarını,Göz görəndə könül istər yarını,Axır salır bizi cərmayə qızlar.

Məst edibdir eşqin məni tutubdur,Hər kim mənəm deyib fələk udubdur,Qoynunuzda təzə narlar bitibdir,Xəstə Əli gedər dərməyə qızlar.

Təsadüfi şeir

Başqa şairlərin şeirləri · Eşq