Zimistan dolanıb bahar çatanda,Al-yaşıl geyinib, bar olan dağlar.Şaqayıq, nərgizli, gül bənövşəli,Süsəni, sünbülü var olan dağlar.

Xoş fəslin bahardır, ağır el gəlir,Açılıb qönçədən lalə, gül gəlir.Könül, qəmgin olma, əhli-dil gəlir,Sinəsində aşna, yar olan dağlar.

Bəzənirsən, dağlar, nə gözəl, göyçək,Çağırır bir-birin qərənfil, çiçək,Sədrində seyr edir top qara birçək,Bələnib qumaşa car olan dağlar.

Baharla eylədin əhdinə vəfa,İman da sinəndə sürdü çox səfa.Zimistan gələndə çəkirsən cəfa,Üç ay qışda başı qar olan dağlar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq