Bakı vilayətin məskən edibsən,Cəhd elə, elmindən olgunan halı.Nə müddətdi, bu ölkədən gedibsən,Kimin vətənindən dönər xəyalı!?

Bu ərzi-halımız, al oxu bir bil,Ürəyimiz səndən heç kənar deyil.Oxu, biliyini artır ilbəil,Elmin ziyası var, günəş misalı.

Elm, mədəniyyət var o diyarda,İmanın da könlü çox intizarda.Buraynan oranın işləri harda!Başqadı nizamı, cahu cəlalı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hikmət və nəsihət