Kəramət
Əya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir
Əzəl alimləri gördüm, öz elminə əməl etməz,Çağırsan məclisə, çay və pilovu olmasa getməz,Oxursa bir üşr Quran, bahasın almamış ötməz,Sözü söhbətləri bir-birinə daim şəmatətdir
Kimisi alim-ü kamil olub bu əsrdə qazı,Başında bir put əmamə, satır aləmlərə nazı,Əgər bir təqsimə getsə, deyildir nisfinə razı,Sanasan mürdə-şir ilə bu ortaqdır, şərakətdir
Kimi yastı papaq örtər, mürid surət, vəli ayı,Özü öz halını bilməz, dəli divanə sövdayı,Əgər bir məclisə düşsə, içər on stəkan çayı,Bunların şeyxinə çayı çox içməklik kəramətdir
Ki girərlər namaz üstə, kim bu görür, dana,Yeyə bir camış əl çəkməz, soxa bilirsə külxana,Əgər bir ittifaq düşsə, sarımsaqdan qaçar yana,Sual etdikdə rəm eylər: iy pisdir, kərahətdir
Saqın, haqqa, əya Dülgər, qaçıb bu qafil insandan,Neçəsin təcrübə etdim özüm əhli-müsəlmandan,Nə dəm bir müşkülü olsa, alur fətva Aleksandan,Nədənsə müftisi anın yanında bi-diyanətdir
Kitabxana.az · https://kitabxana.az/works/resul-dulger-keramet
Başqa şairlərin şeirləri · Hikmət və nəsihət
İnsan oğlu yalan demə, yalan da var,Üzümə aydın görünmə, çiskinli duman da var.
GülməlidirMən dedim: “Rəng!” Yenə rəngi-mükərrər, deyirəm,Rəngidir ərzü səma, bərzəxü məhşər, deyirəm.
Gəraylı: Xəbər olsun yar-dostaXəbər olsun yar-dosta,Bu fanidən köçdü Qubad.
Gönlümi aldun iy begüm bilimedüm ki kandadurGönlümi aldun iy begüm bilimedüm ki kandadurİllâ bilürem anı ki gönül alalı kandadur