Var
İnsan oğlu yalan demə, yalan da var,Üzümə aydın görünmə, çiskinli duman da var.Özünü dərya sayma, eylərəm ada səni,Dəryaları zəbt eyləyən, dəryayi ümman da var.
Hər kəs mətləb istəsə, mətləb verən müəllimdir,Oxuyub elmə çatanın, həmişə könlü zəlildir.Əlinə çərəkə alan, adını qoyur alimdir,Çərəkə açar olmaz, oxuyub qanan da var.
Kim haça çaldı, dərya neçə bölündü,Kim süpürgə çəkdi, göyün üzü silindi.Adəmdən, xatəmə keçən neçə min ildi,Zülmnən bərbad eyləyib, Xeybəri alan da var.
Xəstə Qasım çağırır, qul eyləyən bərbəri,Özü bir, adı min bir, lam şəriki qoş şiri.Yüz uruzbanda, qılınc çaldı, iki böldü Əntəri,Bu hünərnən, bu qeyrətnən, Qəşəm Şəm ağam da var.
Kitabxana.az · https://kitabxana.az/works/xeste-qasim-var-3
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Səhralarda seyr eləyən xan oğlu,Bir xəbər ver görüm handan gəlirsən?
Gülü məndən alıncaAy ariflər, bir tərlanım uçubdur,Sağ əlimdən sol əlimə alınca.
Ha mayıl olduYatmışdım, üstümə gəldi bir pəri,Yenə yar sevdası ha mayıl oldu.
İndiQəm əlindən şikəstəyəm, ovrağam,Dilim eylər nalə indi, zar indi.
Başqa şairlərin şeirləri · Hikmət və nəsihət
Fəsad ilə dolu göylər edərkən tərsinə dövran,Tükənməz qəmdən olmuşdu könül-dərdli, ürək-nalan.
Ancə sənsiz ağlardım, ey baği-cənnət laləsiAncə sənsiz ağlardım, ey baği-cənnət laləsiKim, düşər hər yan gözümdən uş cigər pərkaləsi.
YazıqO qəmli könlünü, müşkül halınıDüşünən də yazıq, bilən də yazıq!
AğlasinYaşılbaş sonalar ötər göllərdə,Qırıldı qanadım qaldım çöllərdə,