Yazıq
O qəmli könlünü, müşkül halınıDüşünən də yazıq, bilən də yazıq!Ağlasan, ağlaram mən səndən betər,Dağladın sinəmi güləndə, yazıq!
Bir mərdi sevəydin, sirdaş olaydın,Könlün istəyənə peşkaş olaydın.Ya da quruyaydın, bir daş olaydın,Bəzənib bu evə gələndə, yazıq!
Ələsgər durarmı mətah satmasa,İyid sarsıyarmı baxtı yatmasa?!İki könül bir-birini tutmasa,Alan da yazıqdı, gələn də yazıq!
Kitabxana.az · https://kitabxana.az/works/elesger-yaziq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Düşərsən
Məğrurluq eyləyib "ustadam" demə,Vaxt olar, bir yerdə dara düşərsan.
GəlsinHər kəs sərdən keçib mərdü-mərdana,Baş qoysun bu yolda, meydana gəlsin!
Gözüm qaldı bir alagöz gəlindəGözüm qaldı bir alagöz gəlində,Sinəmi yandırır eşqin fərağı.
Xəbərin varmıAla gözlü, nazlı dilbər,Elindən xəbərin varmı?!