Aşıq Alı, nə sevdaya düşmüsən,Bir gözəl salıbdı azara səni.Xoş gəlib əzizim, səfa gəlmisən,Aparram, bir yaxşı bazara səni.

Qəza-qədər heç kimsəni tapmasın,Fələk kəməndini bizə atmasın,Toy-nişanda adın-samn batmasın,YetiiTəm dövlətə, o varə səni.

Ağ Aşığam, ustadlara mən tayam,Aşıqlıq elmində dolu bir payam,Araz kimi daşan, coşan bir cayam,Qoymaram kamalda avara səni.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Fələk və tale