Bahar gəldi bu dağlara,Gülüm gələ, gülüm gələ.Yay olanda yaylaqlara,Elim gələ, elim gələ.

Gözəlləri söhbət sözüm,Şövqə gələ telli sazım,Cövlan edə xoş avazım,Gül hüsnünə dilim gələ.

Ağ Aşığın xoş çağıdı,Gül yanaqlar oylağıdı,Göyçə bir gülşən bağıdı,Tərifinə dilim gələ.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar