İçində
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Sən güllər ilə gül, gözəlim, gülşən içində,Bülbüllər ilə mən də gəzim şivən içində.
Bir mərtəbədir kəsrəti-tirin ciyərimdə,Guya görünür mərdü-şəci cövşən içində.
Çak etdin giribanını qönçə həsədindən,Gördü məgər əndamını pirəhən içində?
Sinəm sitəmi-navəki-qəmzənlə dəmadəm,Bir kürəyə bənzər ki, yanar ahən içində.
Zülffindən ol İsanəfəsin oylə zəifəm,Bir riştəyə bənzər bədəninı suzən içində.
Haşa ki, qoyam damənin əldən yerə, bəlkə,Kəssən əlimi bil ki, gedər damən içində.
Məqtə — şairin təxəllüsü olan son beyt. Bir güzgüdür aləm ki, anın əksi fənadır,Sədi, nə bəqa istərəm anın mən içində?.
Kitabxana.az · https://kitabxana.az/works/sedi-sani-qarabagi-sen-guller-ile-gul-gozelim-gulsen-icinde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əvvəla şərti-gözəllikdə kamal olmalıdır,Saniyən qaideyi-hüsnü camal olmalıdır.
Gəldi bir qaşı kaman yanıma göyçək-göyçəkGəldi bir qaşı kaman yanıma göyçək-göyçək,Atdı müjgan oxunu canıma göyçək-göyçək.
Saqiya, bir şur ilən gəl, şurləndir məclisiSaqiya, bir şur ilən gəl, şurləndir məclisi,Bu xumarı rəf edib məxmurləndir məclisi.
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Qaşı cəllad, gözü fitnə, cadukün,Bənzətmişəm məh camalın hey yaya.
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
DağlarEy ağalar, tərk-i vətən olmuşamİtirdim Qəndab təki maralı dağlar
Sonuncu kibrit çöpüSözümüz çəp gəldi şoferlə birdən,Maşını saxladıb düşdüm yerə mən.