Əvvəla şərti-gözəllikdə kamal olmalıdır,Saniyən qaideyi-hüsnü camal olmalıdır.

Almağa al ilə bülbüllərin əqlin əldən,Gül yanağında qızıl gül kimi al olmalıdrr.

Adəmin əqlini aldatmağa cənnət quşu tək,Danə-danə ağ üzündə qara xal olmalıdır.

Əli nazik, beli nazik, dili nazik gözəlin,Ozü şirin, sözü şirin, ləbi bal olmalıdır.

Kimə rast olsa edə əqli başından zail,Qüvveyi-qəmzədə bir Rüstəmi-Zal olmalıdır.

Bu gözəllikdə kimin olsa gözəl məşuqu,Ona dünyada nə dərdü, nə məlal olmalıdır,

Deyirəm: - Doğrusu, dünyadə o ev cənnətdir,Onda kim, bir sənəmi-hurimisal olmalıdır.

Vaiza, boş yerə hökm eyləmə, biz bildiyimizAşiqə busi-ləbi-yar həlal olmalıdır.

Yetər, ey tuti, nəbati bu qədər etmə tələf,Çox danışdım, dəxi bir ləhzə də lal olmalıdır.

Məqtə — şairin təxəllüsü olan son beyt. Sədiya, eydi-səadət sənə bir dilbərdir,Adəm olsan, sənə nə mülk, nə mal olmalıdır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq