Mənə elə gəlir ki,Bir həftə,Bir ay,Bir il,On il,On beş ilDeyil,Qərinəydi,ƏsrdiMən sənə həsrət idim.Dünyaya gəldim,Dedim:– Bəs, o niyə gəlmədi?Yoxsa, mənim sevgilimGəldiyimi bilmədi.Dünya - görüş yerimiz,Gözlə, könül,Gözlə sən.Gənclik - görüş vaxtımız,Bir gün gələr,Gözləsən.Saatlar altda durdum,Səhər, axşam biqərar.Gözlərimdə intizar.Beş dəqiqə gözləyibGörüşdən bezən oldu."Ey vəfasız" da, - deyibYardan əl üzən oldu.Gözlədim səni beş il,Gözlədim səni on il.Səndən gözəllər oldu,Könül dedi: - O deyil.Yox, səni gözləmədim,Dayanıb bir yerdə mən,

Aradım səni hər vaxt,Bir gün gördüm gəlirsən.Dedim: - Bu sənsənmi, sən.Dedin ki, “yox”Dedim: -Hə...Sənin bir rəfiqənəSöylədim ki,Qoy desin:Sən mənim gözlədiyim,Sən mənim axtardığım,İlk sevgilimsən mənim.Son sevgilimsən mənim.Ey sevgilim, sevgilim.Bu da mənəm, o oğlan,Çəkməz bir ay, iki ayTamyarsan,Duyarsan.Sən duydun,Sən tanıdın.Ürəyimin, bağrımınBaşına basdım səni.Boynuma da doladım,Qalın hörüklərini,Soruşdum da: - Sevgilim,Hardaydın indiyəcən?Gözləyirdim axı mən.Güldü ala gözlərin,DediHər yerdə, hər vaxtGəldim görüş yerinə,Amma adam çox idi,Görmək çətindiÇətin.İndi ki yanındayam,Daha nə dərdin sənin?!Gülüb qol-qola girdikTeatramı gedirdik?

Kinoyamı gedirdik?Bir yerdə,Teatra,KinoyaGetməkBizəXoş gəlsə də nə qədər,Daha xoşdurDüşünmək: gülə-güləBelə şən,Sevgilim, səninlə mənGedəcəyik qol-qola,Ömrün sonuna qədər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq