Habil
O zaman -deyəsən, vaxt qovuşandaŞeirlə musiqi bir ucalırdı.Bütün könüllərin sifarişiyləDamcılı bulaqda Habil çalırdı,
Elə bil köksündən çəkib çıxarırTitrək kəmanəni bir xəncər kimi,Ondakı ağrını,qanı,kəlamıTöküb,titrədirdi hər gümüş simi.Sözlü ürəyinə əyib başını,Hər bir adiliyə yumub gözünüÇalır,yırğalanır səs dəryasında.O çalmır elə bil...Unutmuş bizi,Dərin bir yuxuya yuvarlanıbdır.Hansı əsrdəsə ilişib qalıb,Neçə əsrdir ki, xumarlanıbdır.
Əli - kəmanədir,kəmanə - əli.Çalır kamançanıkəmanə özü.Gözümdə ilk məna dəyişir,dönür.Dünya düşəcəkmi sahmanə özü?
Elə bil unudub segahı Habil.Qırılsa musiqi, o neynəyəcək?Habil ilan dili çıxarır, nədir,Arzu qızmarında ilantutantək.
Ürəyi çırpınır barmaqlarında,Onlardan tökülür simlərə nəbzi.Özü də bilmir ki, çalır,ya çalmır;Nə dünyanı görür Habil, nə bizi.
Axır kəlmə-kəlmə Damcılı bulaq,Qüvvəti Habilin əllərindədir,Əllərin əmriylə axır şarhaşar,Gah da sar sözütək tökülür bir-bir.
Habilin gözünə qonur damlalar, -Eşqilə simlərə qonur damcılar.Qonur, Habil isə yumur gözünü,Qorxur ki, damlalarDüşər, dağılar.Segah gah uzanır bir ağrı kimi,Onu üfüqlərə sancır kəmanə.Düşüb Yer kürəsi gah bir guşəyə,Gah sakit fırlanır, gah yana-yana.
Kitabxana.az · https://kitabxana.az/works/eli-kerim-habil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Söhbəti hal əhlinin ruhə təravət verir,Ruh təravətli, həm cismə zərafət verir.
Həcv: Qayıtdın Kəbədən, Hacı, unutdun din və imanıQayıtdın Kəbədən, Hacı, unutdun din və imanı,Buraxdın şahidi-üqbanı, tutdun xeyri-dünyanı
VarYenə gözüm düşdü bir mah cəmalə,Ağ üzündə qara müşki xalı var,
Qazdım nə qədər arx üzümdə dırnaqlaGözdən mən ora su bağladım şırnaqla.