Şair Rəsul Rzanın 50 illiyi münasibətilə

Dünyada çoxdur şair,Necə sayım onların hamısını birbəbir.Şair var ki, ömrünüBaşlamamış bitirir.

Cansız əsəriylə bir,Ömrünü də itirir.Şair var ki, ümidiQafiyəyə, vəznədir.

Şair var ki, özünüBaşqasına bənzədir.Amma şair də var ki,Zamanın doğma oğlu;İdrakın zirvəsindən,Hissin yanğınlarındanKeçir şeirinin yolu.Əsrin ahəngi - vəzni,Müqəyyəd qafiyəsi.Gah qovuşan cüt ürək...Gah da ki orkestrinToqquşub şaqqıldayanQoşa zərb alətitək...Misraları gah AyınDənizə salladığıNur zolağıtək oynaq.Gah da ağır qatarlıQoşa rels kimiDümdüz,Qüdrətli, güclü, parlaq,Gah qısayol...Məqsədə tez yetirənkəsə yol...Gah da ki, bu dünyanınSinəsinə dolananEkvatorlaMeridian.Belə şair də vardır:Onun ömrünün yoluBir əbədi yazadır.O, sözlər sərkərdəsi,Fikirlər qəhrəmanıŞair Rəsul Rzadır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri