Sanki kədər mənim yox,Mən kədərinki idim.Neçə gündüz edirdiBağrımı didim-didim.Ürəyim söylədi ki,sahibi ol bunun sən.Axı, bircə sənə yox,dostlara da toxunur.

Onların şad gününübirdən yasa döndərir.Gözlərə yağış səpir,boğazlara tıxanır,Gələcəyi, keçmişi,iradəni, ümidi,düşmənin nifrətiniyığdım bir qoşun etdim,Mən onu qəlpə-qəlpəhər gün çapdım, azaltdım.Mən onu nəfəsimləgilə-gilə əritdim,O təslim olmayırdıson zərrəsinə qədər.Son zərrəsi də qəlbəsancıldı iynə kimi.Aldım onun əlindən,həyatımı,dostları,Bir də bu gün yazdığımHəmin yeni şeirimi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri