Hər kimin müsahibi yoxdur gəlməsin meydan ara,Ona yol yoxdur gəzib seyr eyləyə ümman ara.

Ər-Rəfiq sümmət-tariq mənasını fəhm etməmiş,Şahı-mürsəl söylədi şol mənkabət bürhan ara.

Olmayan əhli-müsahib tanımamış Rabbisin,Tanımayan Rabbisin sərgəştədir dövran ara.

Ayəti "əkməltü ləküm dinəküm" ta gəlmədən,Yetmədi həddi-kəmalə dinimiz insan ara.

Mustafa qıldı rəfiqini Əliyyül-Murtaza,Şahı-mərdan söylədi meydan ara, mərdan ara.

Həqq rəfiqin tanımayan div olar ol ta ədəb,Həşrə dək ol olub gəzər gərdişdə devran ara.

Həqq yaxınındır şəriat rahi ərkani-təriq,Mənzilin olur həqiqət can ara, canan ara.

Kim ki yoldaş oldısa zülmətdə qalsa qəm yeməz,İçirür abi-həyatdan məst ara, məstan ara.

Lahmükə lahmi rumuzunun bəyanın bilmiş ol,Pirədir şərii-təriqi böylədir fərman ara.

Çün İmam oldı on iki rahı-ərkan oldı bir,Bir olur, bir iki olmaz böylədir Quran ara.

Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Həqiqi bəhri ümmandır cihanda bu təriq,Gir o bəhrin içinə gir gör bu gün ümman ara.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri