Yarəb, nə nur imiş ki, məni yaxdı narına
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Yarəb, nə nur imiş ki, məni yaxdı narına,Yarəb, nə zat imiş ki, məni çəkdi darına?
Sübhi-əzəldə qıldı müəttər dimağımı,Ta əsdi dan yeli saçının mişkbarına.
Kəhli-bəsiri-didə qılan xaki-payini,Gər bir güzər irişsəm anın kuhsarına.
Xalivü çeşmü qəmzəsi aşüftə könlümüÇəkdi kəməndi-zülfünə, saldı şikarına.
Bağrım qanın gözümdən axıtdı qəmi-ruxi,Simin əlını qıldı anınla nigarına.
Dövründə ləlin meyi əsrütti ta əbəd,Şol badədən ki, kimsə iriçməz xumarına.
Bağrımın işvə birlə qılır yara qəmzəsi,Yarəb, nə işvədir ki, qılır qəmzə yarına?
Məqtə — şairin təxəllüsü olan son beyt. Yarından ayrı yandı Həqiqi fəraq ilə,Gəlgil təfərrüc eylə anın ahü zarına.
Kitabxana.az · https://kitabxana.az/works/cahansah-heqiqi-yareb-ne-nur-imis-ki-meni-yaxdi-narina
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hər kimin müsahibi yoxdur gəlməsin meydan ara,Ona yol yoxdur gəzib seyr eyləyə ümman ara.
Sufiyə səf ol bu gün çün rəh-i ərkan səndədirSufiyə səf ol bu gün çün rəh-i ərkan səndədir,Çünki tövhid əhlisən, din ilə iman səndədir.
Oldı hüsnün dəftəri bu gönlümə ümmül-kitabOldı hüsnün dəftəri bu gönlümə ümmül-kitab,Aləmə andan açıldı rahi-iman fəthi-bab.
Dərdimə dərman qılan ol gözləri şəhla imişDərdimə dərman qılan ol gözləri şəhla imiş,Qaşlarıdır kabə qövseyn zülfi ev əbna imiş.
Başqa şairlərin şeirləri · Eşq
ای باد صبا حال من خسته ناشاد – با عجز گداییتقریر بکن بر شه آن حسن خدا داد – از بهر خدایی
Ey qumru kimi sevgiyə yad dilbər sənTavus quşunu hüsn ilə mat eylərsən.
Hər gedən gəlmiş,mənim ol qəmküsarim,Hər gedən gəlmiş, mənim ol qəmküsarım gəlməmiş,Ey gözüm, qan ağla kim, çeşmi xumarım gəlməmiş.
İnanmaYalvarma, keçən deyiləm, inanmırsan, inanma,Mən ki and içən deyiləm, inanmırsan, inanma.