Oldı hüsnün dəftəri bu gönlümə ümmül-kitab
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Oldı hüsnün dəftəri bu gönlümə ümmül-kitab,Aləmə andan açıldı rahi-iman fəthi-bab.
Yeddi xətt səbal-məşani həm aləl-ərş-istiva,Safhada tərkim olunmuş aləmə virdi cəvab.
Kabə qövseyni-ev ədna sirri-sübhan anlayıp,Gördüm ol dəftərdə səbt olunmuş bakur qıldım tarab.
Yeri gögi arş u kürsi hər nə kim aləmdə var,Xoş musəvvər eyləmiş bir safhada ali-cənab.
La-yemessuhu illəl-mutahhar ayətin fəhm etməyən,Oxusa bu safhayı daim olur əhli-əzab.
İsmi-zatın mənasıdır safha-i XənnanımızBilməmiş bu mənayı başına gəzmiş hər zühab.
Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Həqiqi aşiqə məşuq halın söyləgil,Qalmadı bir söz dəxi vallahi aləm biş-səvab.
Kitabxana.az · https://kitabxana.az/works/cahansah-heqiqi-oldi-husnun-defteri-bu-gonlume-ummul-kitab
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Utan şərm eyləgil həqdən,Dur ey qafil nə yatıbsan,
Cahan şahın Şeyx Cüneydə məktubuMənim məktubum sənə çatanda xalqı özündən və öz söhbətlərindən uzaq etməyin gərək idi, yanında olan müridləri toplayıb sakit olmalısan, mən sənin sufilərindən xatircəm deyiləm. Cahillərə uyub qiyamdan dəm vurursan, ürəyində səltənət arzusu yer tutsun, asan gedən işlər çətinə düşsün və hər iki tərəfdən minlərlə qan tökülsün? Əgər mənim sözümü dinləməsən, bu həddini aşan hərəkətlərindən imtina etməsən yaxın vaxtda sənin və müridlərinin qovulması mənim üçün vacib olacaqdır.
Ağzını qönçeyi-xəndan dedilər, gerçəkmişAğzını qönçeyi-xəndan dedilər, gerçəkmiş,Xəti-ruxsarını reyhan dedilər, gerçəkmiş.
Bir mürəbbi vü müsahib manidə iqrarədirBir mürəbbi vü müsahib manidə iqrarədir,Bu sözə inkar edənlər mürşidə inkarədir.
Başqa şairlərin şeirləri · Eşq
Könlüm istər görəm yarı,Üç gündə bir, beş gündə bir,
Sənət eşqiVuruldum o gün ki, şerə, sənətəUnutdum sevdiyim əyləncələri.
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
QəzəlVahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.