Utan şərm eyləgil həqdən,Dur ey qafil nə yatıbsan,Yanında zatı-mütləqdan,Dur ey qafil nə yatıbsan.

Yarıdı qafilə-yi məhmil,Ərişdi həmrəh-i məzil,Olur billəh işin müşkül,Dur ey qafil nə yatıbsan.

Yeyirsən naz ilə nemət,Qılırsan xacəyə xidmət,Yəqin bil yoxdur qəflət,Dur ey qafil nə yatıbsan.

Səni aldatdı bu dünya,Yıxıldı xanə-yi ukba,Gəl indi qıl qəmi-fərda,Dur ey qafil nə yatıbsan.

Ərişdi mənzilə yoldaş,Qalubsan yuxuda qardaş,Deyirsən daşdı yer yoldaş,Dur ey qafil nə yatıbsan.

Sənə can verdi ol sübhan,Qılasan yoluna qurban,Ərişdi bir əcəb mühman,Dur ey qafil nə yatıbsan.

Əcəl can şərbətin işdin,Əzabı-qəbrə yetişdin,Məgər qıl köprünü geçdin,Dur ey qafil nə yatıbsan.

Gəl indi bunu əzbər qıl,Yazıb divanə dəftər qıl,Həqiqi fikri-məhşər qıl,Dur ey qafil nə yatıbsan.

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri