Badi-səhər bir gözələ tuş oldumOndan mənə dəydi aya sərandıƏqlim zail oldu, halım digərgünTəmamən əndamım aya sərandı

Səni görən aşiq düşər bu dərdəNəsimi soyuldu düşər bu dərdəBir kəlb olub yaslanayım bu dərdəSürtəyim payına aya sərandı

Katib qələt yazmış şol qəza işinGəl belə seyr edək şu qəza işinLaçın gözlüm almış şol qəza işinTurlan avın almış aya sərandı

Fəsli-bahar oldu ayalandıSəninlən içələm ayalandıZülf dağıldı üzdən ayalandıTöküldü sədrə aya sərandı

Tahir bu nalədən yetməz alməƏgər təbibimsən yetməz alməRəsul dua eylər yetməz alməEylər ümmətə aya sərandı

Təsadüfi şeir

Başqa şairlərin şeirləri